Zərdab rayon Mərkəzi kitabxanası

Zərdab rayon MKS
Arxiv
25 Aprel , 2014

   

İnsan alverinə qarşı mübarizəni gücləndirmək istiqamətində görülən işlərin davamı olaraq 25.04.2014-cü il tarixdə Zərdab rayon Mərkəzi Kitabxanasında “Cəmiyyətin bəlası-qadın zorakılığı və insan alveri” adlı  dəyrimi masa keçirildi.
Tədbiri giriş sözüylə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Nailə Əliyeva açdı.Kitabxananın əməkdaşı Cəmalə Feyzullayevanın  mövzuya dair geniş məruzəsi dinlənildi.Diskusiya şəraitində keçən dəyrimi masada I saylı Şəhər məktəb- lisseydən Zenfira müəllimənin, Xalidə müəlllimənin , III saylı Şəhər orta məktəbin pisixoloqu Esmira müəllimənin, Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Könül xanımın, Mədəniyyət evinin direktoru Elyurə xanımın, kitabxananın əməkdaşları Ofeliya xanımın,Nisə xanımın, Talehə xanımın, III saylı məktəbin şagirdi Aytac Hüseyinovanın çıxışları böyük maraqla qarşılandı. Çıxışçılar tərəfindən Mərkəzi Kitabxanada keçirilən belə tədbirlərin böyük əhəmiyyəti vurğulandı.