Zərdab rayon Mərkəzi kitabxanası

Zərdab rayon MKS
Arxiv
8 Mart , 2015

Ulu  Öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə 10 may 2014 cü tarixində Zərdab rayon Mərkəzi Kitabanası ümumrayon səviyyəsində “Sən elə bir zirvəsən ki” adlı Kitab bayramı keçirmişdir. Rayonun mədəniyyət işçiləri tərəfindən çiçəklərlə bəzədilmiş Heydər Əliyev parkında rayon rəhbərliyinin, idarə və müəssisə rəhbərlərinin, ziyalıların və “Şöhrət” ordenli, əməkdar elm xadimi, görkəmli akademik Teymur Bünyadovun iştirakı ilə keçirilən bayram tədbirində məqsəd kitabı, kitabxananı təbliğ etməklə yanaşı zərdablıların ulu öndərə əbədi, tükənməz sevgisini göstərmək olmuşdur.Tədbirdə nümayiş olunan ulu öndərin həyat və fəaliyyətini əks etdirən “Sən elə bir zirvəsən ki”  başlıqlı unikal guşə, “ Heydər Əliyev və Azərbaycan Səhiyyəsi” "Zərdab sürətli inkişaf yollarında” , “Ulu tariximiz, soykökümüz, qan yaddaşımız” , “Torpağı vətən eyləyən ogullar” , “ Həsən Bəy Zərdabi  - Milli mətbuatımızın banisidir” , “Klassiklərimizin hikmət dünyası” , “ Zərdabi yurdunun yazarları” , “ Mənim uşaq dünyam” , “ Heydər Əliyev və Azərbaycan mədəniyyəti” və s başlıqlı sərgilər və stendlər tədbir iştirakçılarının böyük marağına səbəb olmuşdur.                                                                                                                                                             Kitab bayramında MKS-nin kənd kitabxana filialları ilə yanaşı, mədəniyyət evləri, məktəblər və məktəbə qədər təhsil müəssisələri də ulu öndərə həsr edilmiş əl işlərindən ibarət sərgiləri nümayiş etdirdilər.             Bayramda Mərkəzi Kitabxananın fəal oxucularına hədiyyələri təqdim olundu.                                           Tədbir rayon mədəniyyət evinin təntənəli bayram konserti ilə yekunlaşdı.