Zərdab rayon Mərkəzi kitabxanası

Zərdab rayon MKS
Arxiv
23 May , 2014

  

1918-ci il mayın 28-də şərq aləmində ilk dəfə olaraq Azərbaycan müstəqilliyə qovuşmuşdur. 23 ay yaşanmasına baxmayaraq  Azərbaycan Demokratik Respublikası  müstəqil  dövlət kimi mühüm atributlara-milli bayrağa, gerbə, himnə, orduya malik olmuş, zəngin təcrübə qazanmşdır.Xalqımızın qəlbində azadlıq məşəli sönməmiş, 1991-ci il oktyabrın 18-də yenidən müstəqillik qazanmışdır.23 may 2014-cü il tarixdə Respublika günü münasibəti ilə Zərbab rayon Mərkəzi kitabxanasında sərgi təşkil olundu.Kitabxananın Oxuculara xidmət şöbəsinin kitabxanaçısı Samirə Yahyayeva, Uşaq şöbəsinin müdiri İlahə Teymurzadə və kitabxanaçı  Elnarə  Salikova  Azərbaycan Demokratik Respubikasının  yaranmasının tarixi haqqında və  bu günün naliyyətlərinin əldə olunmasında ümummilli lider H.Əliyevin keçdiyi keşmə-keşli yollardan söhbət açaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, cümhuriyyətin rəhbərlərinin xidmətlərindən, tezliklə mütləq itrilən torpaqlarımızın geri alınacağından danışıb bir dəfə qalxan bayrağın bir daha enməyəcəyini qürurla söylədilər.