Zərdab rayon Mərkəzi kitabxanası

Zərdab rayon MKS
Arxiv
23 May , 2014

Zərdab rayon Mərkəzi Kitabxananın Uşaq şöbəsində 23 may 2014-cü il tarixdə şair Abbas Səhhətin 140 illik yubleyinə həsr edilmiş “Könlümün sevgili məhbubi mənim” adlı tədbir keçirdi.Tədbirdə Abbas Səhhətin həyat və yaradıcılığına həsr edilmiş sərgi təşkil edilmiş, məruzə oxunmuşdur.Sonra kitabxananın əməkdaşları şagirdləri şairin müxtəlif illərdə çap olunmuş əsərləri ilə tanış etdilər.Şagirdlər kimisi ucadan oxu, kimisi də əzbərdən şairin əsərlərindən parçalar söylədilər.Məktəblilər onun “Vətənimdir”, “Ata və oğul”, “Yay səhəri”, “Quşlar” şeirlərini çox həvəslə söylədilər.Uşaq şöbəsinin müdiri İ. Teymurzadə uşaqlara şairin Mərkəzi kitabxananın fondunda yer almış əsərləri və onun haqqında yazılmış kitablardan məlmat verdi.