Zərdab rayon Mərkəzi kitabxanası

Zərdab rayon MKS
Arxiv
29 May , 2014

Mərkəzi Kitabxananın Uşaq şöbəsi 29 may 2014-cü il tarixində 1 İyun - Uşaqların Beynəlxalq müdafiəsi günü ilə əlaqədar “Uşaqlar dünyanın sevincidir” adlı tədbir keçirdi. Tədbirdə Zərdab rayon 1 saylı körpələr evi-uşaq bağçasının körpə fidanları iştirak edirdi. Tədbiri giriş sözü ilə MKS-nin direktoru Nailə Əliyeva açaraq, uşaqları bu gün münasibəti ilə təbrik etdi. Sonra Uşaq şöbəsinin baş kitabxanaçısı Məlahət Cavadova 1 İyun -Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı məruzə ilə çıxış etdi. Tədbir uşaqların bir-birindən gözəl çıxışları, şeirləri, mahnıları, rəqsləri ilə davam etdi. Sonda Mərkəzi Kitabxananın uşaqlara verdiyi hədiyyələr onların bayram sevincini daha da artırdı.