Zərdab rayon Mərkəzi kitabxanası

Zərdab rayon MKS
Arxiv
15 İyun , 2014

Azərbaycan xalqının tarixində ona verilmiş ömür payını xalqının,  millətinin rifahına,  xoşbəxt gələcəyinə həsr edərək əbədiyaşarlıq hüququ qazanan bir insan var – Heydər Əlirıza oğlu Əliyev….…Bu sözlərlə 15 iyun - Milli Qurtuluş Günü münasibəti ilə Mərkəzi Kitabxananın keçirdiyi “VƏTƏNİN, XALQIN QURTULUŞU” adlı tədbiri MKS-nin direktoru Nailə Əliyeva açdı və ulu öndərin həyat və fəaliyyətinin bütün dövrlərini xarakterizə edərək doğma xalqa həsr edilən ömrün zəngin çalarlarını bir daha diqqətə çatdırdı. Qeyd etdi ki, Heydər Əliyev Dövlət Təhlükəsizlik Komitəsi orqanlarında çalışanda da, Azərbaycana rəhbərlik edəndə də,  Sov.İKP MK siyasi birosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işləyəndə də, xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdaraq müstəqil Azərbaycanı məhv olmaqdan xilas edəndə də doğma xalqını və dövlətini, respublikamızın sabahını, bugünkü  xoşbəxt həyatını düşünmüşdür.
Tədbirdə Mərkəzi Kitabxananın Oxuculara xidmət şöbəsinin kitabxanaçısı  Ofeliya Osmanovanın “Vətənin  xilaskarı”, Uşaq şöbəsinin kitabxanaçısı Nisə Qasımovanın “15 iyun -  Milli Qurtuluş Günü” adlı məruzələri dinlənildi. Məruzələr ətrafında çıxış edən İnformasiya və resurs şöbəsinin müdiri Rəqibə Qasımova, Metodika və biblioqrafiya şöbəsinin müdiri Gülzar Qasımova çıxış edərək tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş  1993-cü ilin 15 iyun gününün onu dərindən dərk edənlər və qiymətləndirənlər üçün çox əziz olmasını,  15 iyunun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixi olmasını qeyd etdilər.